Milli Basketbol Assosiyasiyasında (NBA) mübarizə aparan “Los Anceles Leykers”in oyunçusu Lebron Ceyms yeni rekorda imza atıb.
Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, 39 yaşlı basketbolçu peşəkar karyerasının 40 mininci (40000) xalını qazanan ilk oyunçu ünvanını ələ keçirib. O, buna “Denver Naqqets"lə görüşdə 26 xal qazanaraq nail olub.
Görüş “Denver Naqqets”in 124:114 hesablı qələbəsi ilə yekunlaşıb. Marqarita pizza
Qeyd edək ki, Lebron Ceyms ötən il NBA-da ən məhsuldar basketbolçu rekorduna sahib çıxaraq Kərim Abdul-Cabbarı geridə qoyub.
Telegram kanalımız