“Legionerlərin hesabına Azərbaycan çempionatının yaxşı səviyyəsi var”

saytların hazırlanması

Evə çatdırılma

“Legionerlərin hesabına Azərbaycan çempionatının yaxşı səviyyəsi var”

İdman

29 Aprel 2020 14:00 798


“Neftçi”nin sabiq futbolçusu Kiril Petrov hazırda çıxış etdiyi Ukraynanın “Kolos” klubunun rəsmi saytına müsahibə verib.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi müsahibəsində Ukrayna və Azərbaycan Premyer Liqalarını müqayisə edib. O, Azərbaycan çempionatının legionerlərin sayəsində səviyyəli olduğunu bildirib:

“Ukrayna çempionatında oynamaq fiziki baxımdan daha çətindir. Bütün komandalar fiziki cəhətdən güclüdür. Ancaq Azərbaycanda futbol oynamağa daha çox icazə verirlər. Burada fiziki güc bir az arxa planda qalır. Legionerlərin hesabına Azərbaycan çempionatının yaxşı səviyyəsi var”. Marqarita pizza

Qeyd edək ki, ukraynalı futbolçu 2017-ci ildən bu ilin yanvarına qədər “Neftçi”də çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!