“Legiya“ Mahirin ötürməsi ilə qalib oldu

saytların hazırlanması

Evə çatdırılma

“Legiya“ Mahirin ötürməsi ilə qalib oldu

İdman

29 Noyabr 2021 10:21 804


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda "Yaqelloniya" ilə üz-üzə gəlib. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. 

Beləliklə, ardıcıl 7 oyundur uduzan "Legiya" nəhayət uğursuz seriyaya son qoyub. pizza hut

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan  2 oyun az keçirib.

28 noyabr

20:30. "Legiya" - "Yaqelloniya" - 1:0

Qol: Yohansson, 45 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!