“Legiya”nın baş məşqçisi Emrelini qeyri-ciddi oyunçu kimi dəyərləndirdi

saytların hazırlanması

Evə çatdırılma

“Legiya”nın baş məşqçisi Emrelini qeyri-ciddi oyunçu kimi dəyərləndirdi

İdman

08 Yanvar 2022 17:14 1029


Polşa "Legiya"sının baş məşqçisi Aleksandar Vukoviç komandadan ayrılmaq istəyən Azərbaycan millisinin futbolçusu Mahir Emreli barədə fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunu anlamaqda çətinlik çəkdiyini açıqlayıb.

"Ötən ay Mahirlə söhbətdən sonra demişdim ki, onun barədə məndə müsbət təəssürat yaranıb. Yanvarda görüşməyə razılaşmışdıq. İndiki vəziyyət və yanaşmasındakı dəyişiklik məcbur edir ki, belə fikrə gələk: Bu, necə oyunçudur ki, əvvəlcə yanvardan məşqlərə qatılmağa və heyətdə yer uğrunda mübarizəyə hazır olduğunu bildirir, sonra isə mövqeyini tamamilə dəyişir?!" deyə o vurğulayıb. pizza sifarişi

Vukoviç bildirib ki, onun üçün əsas məsələ hansı oyunçularla çalışacağını aydınlaşdırmaqdır: "Mahir Emreli ilk məşqimizə və tibbi baxışa gəlmədi. Bu ay mənim onunla birbaşa təmasım olmayıb. Birləşmiş Ərəb Əmirliklərinə hamımız birgə uçmamışıq. Mənim üçün yalnız komandada kimin kimin oynayıb-oynamayacağı önəmlidir. Bu, çox sadə məsələdir. Kim "Legiya"da olmaq istəmirsə, bunu mümkün qədər tez öyrənməyə üstünlük verirəm. Söhbət təkcə Emrelidən yox, komandada olmayan istənilən oyunçudan gedir. Məsələni aydınlaşdırmaq üçün belə edirəm".

Baş məşqçi Emreli ilə birlikdə azarkeşlərin təzyiqinə məruz qalan braziliyalı hücumçu Lukinyasın artıq məşqlərə qatıldığını xatırladıb: "Həyatda elə hallar olur ki, insanın kim olduğunu öyrənirik. Lukinyas barədə təsəvvürüm var, amma bu gün Emrelinin kimliyini bilmirəm".

Qeyd edək ki, Mahir Emreli "Legiya"nın qış təlim-məşq toplanışına qoşulmayaraq, klubla müqaviləsini pozmaq istəyilə vəkillərinə müraciət edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!