“Legiya“nın baş məşqçisi Mahirdən danışdı: “İki şübhəli məqam var”

saytların hazırlanması

Evə çatdırılma

“Legiya“nın baş məşqçisi Mahirdən danışdı: “İki şübhəli məqam var”

İdman

26 Avqust 2021 13:23 1821


"Mahir Emreli Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur".

Yenisabah.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin hücumçusu ilk dəqiqələrdən meydanda ola bilər: pizza mizza

"O, bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var.

Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir.

Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək".

Bu gün oynanılacaq "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!