“Legiya“nın baş məşqçisi Mahiri təriflədi:   - “Çox qol vuracaq“

saytların hazırlanması

Evə çatdırılma

“Legiya“nın baş məşqçisi Mahiri təriflədi: - “Çox qol vuracaq“

İdman

24 İyun 2021 12:56 884


“Mahir Emreli ikinci hücumçu mövqeyində daha rahatdır, daim boşluq axtarır, açıq sahəyə çıxır. Mahir bu gün (dünən-red) kənara qaçaraq, topla çox təmin olunmadığı üçün geri çəkilib-çəkilməyəcəyini soruşdu".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə yoxlama oyunundan (1:1) sonra millimizin üzvü Mahir Emreli haqda klubun saytına danışarkən deyib.

O, Polşa təmsilçininin yeganə qolunu vuran 24 yaşlı hücumçunu tərifləyib: "Mahir futbol oynamağı sevir. Ancaq o, geri gəlsə, hücumda heç kim qalmayacaq. Buna görə də həll yolları tapmalıyıq ki, onu irəlidə daha bir oyunçu gözləsin. O zaman oynamaq daha rahat olacaq, daha çox qol vuracaq və bacarıqlı olduğu üçün oyun quracaq”. pizza mizza

Qeyd edək ki, M.Emreli bundan əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atmışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!