“Legiya“nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Legiya“nın futbolçusu Mahir Emrelinin döyüldüyü hadisə barədə danışdı

İdman

31 Dekabr 2021 12:05 828


Polşanın "Legiya" klubunun futbolçusu İqor Xaratin azarkeşlərin hücumuna məruz qaldıqları hadisə barədə danışıb.

"Yeni Sabah"ın məlumatına görə, ukraynalı yarımmüdafiəçi dekabrın 12-də Plotskda "Visla"ya 0:1 hesabı ilə uduzduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu saxlatdıqlarını xatırlayıb.

Xaratin həmin tərəfdarların növbə ilə avtobusda oturmağa başladıqlarını söyləyib: "Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç kim gözləmirdi". Pepperoni pizza

Həmin vaxt özünü girov kimi hiss etdiyini deyən Xaratin əlavə edib ki, belə situasiyada özünü necə aparmağı bilməyib: "Avtobusa girən ilk şəxs qışqırmağa başladı. Dərhal onunla birgə maskalı oğlanlar içəri daxil oldular. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı".

Qeyd edək ki, azarkeşlərin hücumundan zərər çəkən futbolçuların biri Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digəri isə braziliyalı forvard Lukinyas olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!