“Legiya“ya keçən Mahir: “Polşa liqası Azərbaycan çempionatından yaxşıdır“

saytların hazırlanması

Evə çatdırılma

“Legiya“ya keçən Mahir: “Polşa liqası Azərbaycan çempionatından yaxşıdır“

İdman

10 İyun 2021 14:56 1189


“Polşa haqda çox şey eşitmişəm. Hər şəhərində bir neçə simvolik məqam və ziyarət etmək üçün gözəl yerlər var. Vaxtım olanda, mütləq gəzəcəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Legiya“ ilə 3+1 illik müqavilə bağlayan Mahir Emreli deyib.

Polşada gəzməli yerlərin çox olduğunu söyləyən forvard bildirib ki, karyerasını Polşada davam etdirmək istəməsinin əsas səbəbi klubun daima çempionluq uğrunda mübarizə aparması və Avropa kuboklarında oynamasıdır. Pepperoni pizza

“Qarabağ”ın sabiq forvardı Polşa klubunda inkişaf etmək istədiyini vurğulayıb: “Burada özümü inkişaf etdirmək istəyirəm. Polşa liqası Azərbaycan çempionatından daha yaxşıdır.

Bilirəm ki, burada oynamaqla bacarığımı daha da artıracam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!