Leninqradın qubernatoru koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Leninqradın qubernatoru koronavirusa yoluxub

Dünya

11 May 2020 17:37 904


Rusiya Federasiyası Leninqrad vilayətinin qubernatoru Aleksandr Dorozdenko koronavirus infeksiyasına yoluxub. 

Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə qubernatorun özü bildirib. "Temperaturumu ölçdülər, yüksək idi. Dərhal qan və koronavirus testi istədim. Testlər apardılar. Səhər özümü bir qədər də pis hiss etdim. Sonra həkimdən mesaj gəldi ki, koronavirus testinizin nəticəsi pozitivdir”, - deyə Aleksandr Dorozdenko əlavə edib.

Qubernatorun sözlərinə görə, onu xəstəxanaya yerləşdirmək istəsələr də imtina edib: “Yanıma gələrək imtina barədə ərizə aldılar” Pepperoni pizza

Aleksandr Dorozdenko deyib ki, 15 gün ərzində özünü tamamilə təcrid edib. “Dəhşətli dərəcədə zəiflik var idi, gündə iki-üç köynək dəyişirdim. 11-ci gündə növbəti testin nəticəsi mənfi çıxdı. Təkrar analiz də bu nəticəni təsdiqlədi. Amma hələ də halsızlıq var”, - deyə qubernator bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!