Lənkəran sakini böyürtkən kollarının arasında narkotik yetişdirdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran sakini böyürtkən kollarının arasında narkotik yetişdirdi

Kriminal

19 Avqust 2021 14:45 1063


Lənkəranda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb.

Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi  22 kiloqram olan  89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.  Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!