Lənkəranda ağır qəza baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ağır qəza baş verdi

Hadisə

27 Oktyabr 2024 13:17 835


Lənkəranda qəza olub, avtomobil əzilib.

Yenisabah.az xəbər verir ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Separadi kəndi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Tükəvilə kənd sakini Emil Əkbərovun idarə etdiyi "Hunday Sanata" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil magistralından çıxaraq yol kənarındakı ağaca çırpılıb. Dominos pizza

Zərbənin təsirindən avtomobil deformasiya uğrayıb. Sürücü E.Əkbərov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, hadisəyə səbəb, yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!