Lənkəranda avtomobil ağaca çarpıldı, sürücü yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil ağaca çarpıldı, sürücü yaralandı

Hadisə

16 Mart 2021 20:29 1056


Lənkəran rayonunda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Qumbaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Şahin Füzuli oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çarpılıb. Nəticədə Ş.Hüseynov ağır bədən xəsarətləri alıb. Yaralıya travmatik şok diaqnozu qoyulub və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. pizza mizza

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!