Lənkəranda avtomobil qadını vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil qadını vuraraq öldürdü

Hadisə

15 Aprel 2021 02:04 829


Lənkəranda avtomobilin vurduğu qadın ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 50-55 yaşlı Əliyeva Zülfiyyə Şəhadət qızı naməlum avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Marqarita pizza

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi. Qəza törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!