Lənkəranda "LADA Priora" markalı avtomobil idarəetmədən və yoldan çıxaraq su kanalına aşıb.
Yenisabah.az xəbər verir ki, qəza Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.
Nəticədə 3 nəfər Vilvan kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2004-cü il təvəllüdlü Elgün Səmədov və həmyaşıdı Turan Ağayev, 2005-ci il təvəllüdlü Səbuhi Tahirzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. pizza
Onlardan birinin vəziyyəti ağırdır, digərlərinin səhhəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
/APA
Telegram kanalımız