Lənkəranda balıq tutan şəxsi “tok” vurub öldürdü 

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda balıq tutan şəxsi “tok” vurub öldürdü 

Hadisə

20 Oktyabr 2023 16:24 501


Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini cərəyan vurub. 

Yenisabah.az APA -ya istinadən məlumat verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib. 

Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN- nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  pizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!