Lənkəranda bir ailənin iki üzvü qidadan zəhərləndi, 5 yaşlı uşaq öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda bir ailənin iki üzvü qidadan zəhərləndi, 5 yaşlı uşaq öldü

Hadisə

25 May 2021 00:15 917


Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.

Yenisabah.az xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Belə ki, şəhərin şəhid Anar Mahmudov küçəsi ev 60 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona favizm diaqnozu qoyulub. Daha sonra həmin ünvandan 2015-ci il təvəllüdlü Qasım Murad oğlu Qasımov da xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ailə üzvləri bir neçə gün əvvəl paxladan zəhərləniblər və ev şəraitində müalicə olunmağa çalışıblar. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı M.Qasımova bir neçə saat sonra xəstəxanada ölüb. Onun qardaşı Q.Qasımov isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib. Marqarita pizza

Qeyd edək ki, son günlər Lənkəranda paxlalı bitkilərdən zəhərlənmə halları tez-tez müşahidə olunur. Xəstəxanadan aldığımız məlumata görə, təkcə bu gün ərzində üç belə zəhərlənmə halı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!