Lənkəranda dəhşətli qətl: Ata 9 yaşlı oğlunun boğazını kəsdi 

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda dəhşətli qətl: Ata 9 yaşlı oğlunun boğazını kəsdi 

Kriminal

03 Sentyabr 2021 16:14 1466


Lənkəranda ata və oğulun çayda meyiti tapılıb.

Yenisabah.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov kəndlərində keçən Ulum çayının kənarında oğlu, 2012-ci il təvəllüdlü Vahid Məmmədovun başını kəsərək qətlə yetirib. Sezar pizza

Sonra isə öz şah damarını da kəsib və çaya düşüb. Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl atanın özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!