Lənkəranda əlillər üçün reabilitasiya mərkəzi tikilib

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda əlillər üçün reabilitasiya mərkəzi tikilib

Sosial

04 May 2020 10:31 1728


Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək.  Toyuqlu pizza

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaqdadır. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək.  Toyuqlu pizza

Qeyd edək ki, hazırda nazirliyin Bakıdakı Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Cari il ərzində həmin reabilitasiya müsəssisələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.  Toyuqlu pizza

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!