Lənkəranda əməliyyat: Heroin və “patı” satan 7 nəfər ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda əməliyyat: Heroin və “patı” satan 7 nəfər ələ keçdi

Kriminal

01 Sentyabr 2021 11:16 1083


Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri O.Rəhimov, X.Məmmədov, H.Əliyev, V.Abbasov, R.Əliyev, E.Əskərov və K.Babazadə saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərdən E.Əskərovun həmçinin Lənkəran rayonu ərazisində bir avtomobildən 75 manat pul və sənədlər olan əl çantasını oğurladığı da müəyyən edilib. Dördpendirli pizza

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!