Lənkəranda ər arvadını qətlə yetirib

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ər arvadını qətlə yetirib

Kriminal

13 Sentyabr 2020 11:25 1190


Lənkəranda qətl hadisəsi törədilib.

Yenisabah.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Günay Gəzray qızı Abıyeva yaşadığı evdə həyat yoldaşı 1983-cü il təvəllüdlü Mais Məhəmməd oğlu Abıyev tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib. pizza hut

Qeyd edək ki, qətlə yetirilən G.Abıyeva əslən Qobustan rayonundandır. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var.

Qətli törətməkdə şübhəli bilinən M.Abıyev bir qədər əvvəl həbsxanadan buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!