Lənkəranda iş zamanı ehtiyatsızlıq edən usta öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda iş zamanı ehtiyatsızlıq edən usta öldü

Hadisə

04 Oktyabr 2024 21:49 888


Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Vilvan kəndində baş verib.

Belə ki, fərdi evində təmir işləri görən Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və rayonun Sütəmurdov kənd sakini, 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov hündürlükdə işləyərkən ehtiyatsızlıq səbəbindən yerə yıxılıblar. Pepperoni pizza

Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, R.Zülfüqarovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı İ.Səfərova isə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!