Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Hadisə Veb saytların hazırlanması

29 Noyabr 2023 19:06 698


Lənkəran rayonu ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü ötmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Lənkəran rayon sakini A.Əkbərzadənin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, A.Əkbərzadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Əkbərzadə 1 ay müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!