Lənkəranda qanunsuz ov edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda qanunsuz ov edənlər saxlanıldı

Kriminal

24 Yanvar 2022 16:49 661


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Göyşaban kənd sakinləri S.Mirzəyev və S.Ağayev saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də müvafiq araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!