Lənkəranda QƏZA: Sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda QƏZA: Sürücü xəsarət aldı

Hadisə

27 Oktyabr 2024 20:12 699


Lənkəranda yol-nəqliyyat hadisəsi olub, avtomobil deformasiyaya uğrayıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub.

Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistral yolunun Separadi kəndi ərazisində qeydə alınıb. Dominos pizza

Belə ki, Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil hərəkət zamanı idarəetməni itirib. Nəticədə avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb və güclü zərbə nəticəsində deformasiyaya uğrayıb.

Sürücü E. Əkbərov xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!