Lənkəranda yol qəzasında xəsarət alan piyadaların vəziyyəti açıqlanıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisində keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Yaralılara zəruri ilkin tibbi yardım olunub. Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində köçürülüb, lakin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Dördpendirli pizza
Xatırladaq ki, minik avtomobili piyada - Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız