Lənkəranda qəzaya uğrayan avtomobil yandı,   xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda qəzaya uğrayan avtomobil yandı, xəsarət alan var

Hadisə

20 İyun 2021 15:48 972


Lənkəranda qəzaya uğrayan avtomobil yanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dördpendirli pizza

Hadisə yerinə FHN-in xilasediciləri və yanğın söndürmə maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!