Lənkəranda qoyun oğruları tutuldu - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda qoyun oğruları tutuldu - FOTOLAR

Kriminal

17 İyun 2022 09:42 1492


Lənkəranda qoyun oğurluğu ilə məşğul olan həmkəndlilər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluqları etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar.

İlkin araşdırma zamanı məlum olub ki, E.Ağazadə və R.Rzayev ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “VAZ 2107” markalı avtomobilə qoyaraq aparıblar. Pepperoni pizza

Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı R.Rzayevin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!