Lənkəranda silsilə oğurluq edən dəstə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda silsilə oğurluq edən dəstə saxlanıldı

Hadisə

31 May 2021 11:54 627


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Yenisabah.az-a DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş F.İsmayılov, Ş.Babayev və N.Əlizadə saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onların qabaqcadan əlbir olan qrup halında Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 1 500 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Toyuqlu pizza

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Mamusta kəndində yerləşən evlərdən birindən oğurluq edən şəxs saxlanılıb. Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullazadənin gecə saatlarında həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan 2 000 manat pul və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!