Lənkəranda təcili yardım avtomobili qəzaya uğraydı: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda təcili yardım avtomobili qəzaya uğraydı: Xəsarət alanlar var

Hadisə

29 Noyabr 2024 01:01 867


Lənkəranda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

APA-nın verdiyi xəbərə görə, hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində baş verib.

Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib. Pepperoni pizza

Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mercedes-Benz" markalı minik maşını tibbi yardım avtomobilinə çırpılıb.

Qəza nəticəsində tibbi aardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iki gün bundan əvvəl də Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!