Lənkəranda təmir zamanı avtobusun altında qalan kişi xilas edildi   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda təmir zamanı avtobusun altında qalan kişi xilas edildi - FOTOLAR

Hadisə

24 Yanvar 2026 17:39 587


Lənkəranda köməksiz vəziyyətdə avtobus altında qalan şəxs xilas olunub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Sürücü 1970-ci il təvəllüdlü Taleh Abdin oğlu Məhərrəmov təmir işləri apararkən avtobus üzərinə düşüb, o, sıxılmış, köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə hissəsinin xilasedicilərinin canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən operativ tədbirlərlə avtobus altında sıxılaraq köməksiz vəziyyətdə qalan Taleh Məhərrəmov çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!