Lənkəranda vətəndaşlar məcburi vaksinasiya edilir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda vətəndaşlar məcburi vaksinasiya edilir? - AÇIQLAMA

Hadisə

18 Avqust 2021 18:36 1444


Sosial şəbəkələrdə Lənkəran rayonu ərazisində vətəndaşların, xüsusilə də sürücülərin məcburi qaydada vaksinasiyadan keçirilmək üçün xəstənaya aparılması ilə bağlı məlumatlar yayılıb. 

Bildirilib ki, onlar polis tərəfindən məcburi şəkildə vaksinasiyaya aparılır. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. pizza

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran rayonu ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.

“Nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!