Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.
Yenisabah.az xəbər verir ki, Balaməmməd küçəsi, 4 ünvanındakı binanın sakinləri polis şöbəsinə mənzillərin birindən kəskin qoxu gəlməsi ilə bağlı məlumat daxil olub.
Mənzilə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanın meyiti aşkar olunub. Marqarita pizza
İlkin məlumata əsasən, qadın dörd gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız