Lənkəranlı alim 20 ilə Cənubi Amerika meyvəsi yetişdirdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranlı alim 20 ilə Cənubi Amerika meyvəsi yetişdirdi - Video

Sosial

05 Oktyabr 2019 19:56 1592


Lənkəranda bölgə üçün xarakterik olmayan quayava meyvəsi yetişdirilib.

"Yeni Sabah" "Xezerxeber.az"a istinadən məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev bunun üçün 20 ilə yaxın vaxt və xeyli əmək sərf edib.

Nəticədə vətəni Cənubi Amerika olan quayava tropik/subtropik bitkisini yerli iqlimdə yetişdirə bilib. Təcrübələr əsasən qırmızı və sarımtıl quayava üzərində aparılıb. Marqarita pizza

Çox tez bir vaxtda, əkildiyinin 3-cü ilində məhsul verən quayava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır. Bir ağac yaşından və boyundan asılı olaraq 50-100 kq məhsul verir. Feyxoa ilə bir nəsildən olan quayava bitkisi həm toxumla, həm də vegetativ üsulla artırılır.

Fərman Quliyevin sözlərinə görə, xəstəliklərə qarşı dözümlü olan quayavaya böyük maraq və tələbat var. Bunu nəzərə alan elmi mərkəz tərəfindən tingçilik təsərrüfatının yaradılmasına da başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!