Leonardo Di Kaprio ölkəsindən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

 Leonardo Di Kaprio ölkəsindən qaçdı

Şou

14 Yanvar 2025 09:33 360


Aktyor Leonardo Di Kaprio ABŞ-dəki yanğınlardan xilas olmaq üçün şəxsi təyyarəsi ilə qaçıb.

Yenisabah.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Leonardo Di Kaprio və sevgilisi Vittoria Ceretti  Meksikada görüntülənib.  

Cütlük birgə hava limanında foto çəkdiriblər. Marqarita pizza

"Məşhurlar  Los-Ancelesdə 100 mindən çox insanın təxliyə edildiyi meşə yanğınları fonunda ABŞ-ni tərk edərək Meksikanın Kabo San Lukas şəhərinə  gediblər. Di Kaprionun bəzi həmkarları, o cümlədən Tom Hanks, Entoni Hopkins və Culiya Louis-Dreyfus evlərini itirib. Lakin Leonun ekoloq kimi reputasiyasını nəzərə alsaq, onun belə böyük təbii fəlakət zamanı şəxsi təyyarədən istifadə etməsi təəccüblüdür", - nəşr yazır. 

Bildirək ki, 1998-ci ildə Di Kaprio Leonardo "DiCaprio" Vəqfini təsis edib və 20 ildən artıq fəaliyyəti ərzində 200-dən çox müxtəlif ekoloji layihələri maliyyələşdirib. Aktyor iqlim dəyişikliyi ilə mübarizəyə 80 milyon dollardan çox qrant verib./(Unikal)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!