Lerikdə Bakı sakininə saxta “COVID” pasportu verildi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə Bakı sakininə saxta “COVID” pasportu verildi

Kriminal

22 Sentyabr 2021 11:27 943


“Lerik rayon mərkəzi xəstəxanası” PHŞ-nin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Lənkəran rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyənləşib. pizza mizza

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!