Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Hadisə

12 Avqust 2023 21:59 1270


Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, rayona gəzintiyə gələn 3 nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri, köməksiz vəziyyətdə qalmaları ilə bağlı polisə məlumat daxil olub.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar. pizza sifarişi

Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməyi ilə təhlükəsiz əraziyə çıxarılıblar. Xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!