Lerikdə dərədə ölən kişinin kimliyi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə dərədə ölən kişinin kimliyi bilindi

Hadisə

29 Yanvar 2024 17:19 646


Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Veri-Əliabad kəndi ərazisində baş verib.

1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmməd oğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Dördpendirli pizza

Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb.

Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Fakt üzrə Lerik Rrayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!