Lerikdə itkin düşən 28 yaşlı gəncin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə itkin düşən 28 yaşlı gəncin meyiti tapıldı

Hadisə

04 Aprel 2023 13:17 759


Lerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynovun meyiti dərədə tapılıb. 

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Almu kəndində baş verib.

28 yaşlı gəncin meyiti ailələrinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından aşkarlanıb. Pepperoni pizza

Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.

Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!