Lerikdə öldürülən 40 yaşlı qadınla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə öldürülən 40 yaşlı qadınla bağlı AÇIQLAMA

Kriminal

29 Aprel 2021 11:31 790


Aprelin 28-də saat 16 radələrində Lerik rayonun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilib.

Lerik rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!