Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edildi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edildi

Hadisə

18 May 2024 18:46 736


Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb.

Rayonun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun bildirdiyinə görə, səhər saatlarından görülən işlər nəticəsində yolda hərəkət qismən bərpa olunub: Dominos pizza

"İri qaya parçalarını götürmək üçün əlavə texnikalara ehtiyac var. Ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Bu səbəbdən ərazidə təhlükəsizlik zolağı yaradılıb və polis növbəli xidmət aparır".

Mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!