Lerikdə vəzifəli şəxsin müəmmalı ölümü - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə vəzifəli şəxsin müəmmalı ölümü - TƏFƏRRÜAT

Hadisə

07 Dekabr 2024 13:21 867


Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.

Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykəndil kənd qəbiristanlığının girişində aşkarlanıb. pizza mizza

Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Əliyev Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd əraz üzrə icra nümayəndəsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!