Lerikə gedən 10 nəfər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Lerikə gedən 10 nəfər cərimələndi

Kriminal

28 İyul 2020 13:02 526


Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin tətbiq oldunduğu  Lerik rayonuna istirahətə gedən şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gedən 10 nəfər  müəyyən edilərək barələrində tədbirlər görülüb.

Karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gedərək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!