"Barselona" və Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb.
Yenisabah.az "Forbes"ə istinadla xəbər verir ki, 36 yaşlı futbolçu daha 2-3 il oynamaq niyyətində olduğunu deyib:
"Butslarımı mismardan asmaq vaxtının gəldiyini deyəcək yeganə insan olmaq istəyirəm. Bir gün oyanıb məşqə getmək istəmədiyimi hiss edəndə bu, karyeramı bitirmək üçün ilk siqnal olacaq. Hələlik hər səhər heç bir ağrı hiss etmədən oyanıram. Ümid edirəm ki, belə də davam edəcək. Hələ də məşqləri və klubda olmağı sevdiyimi hiss edirəm". Dördpendirli pizza
Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Telegram kanalımız