Levandovskiyə “Qızıl top” mükafatı verilə bilər 

saytların hazırlanması

Evə çatdırılma

Levandovskiyə “Qızıl top” mükafatı verilə bilər 

İdman

15 May 2024 12:32 934


"France Football" "Barselona"nın hücumçusu Robert Levandovskiyə 2020-ci il üçün "Qızıl top" mükafatını təqdim etməyi planlaşdırır. 

Yenisabah.az xəbər verir ki, bu barədə  "Diario Sport" məlumat yayıb. 

2020-ci ildə koronavirus pandemiyasına görə "Qızıl top" mükafatı verilməyib. Həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vurub və bu mükafat üçün əsas iddiaçı hesab edilib. Polşalı forvard 2020-ci ildə "Bavariya"nın tarixi trebl etməsində mühüm rol oynayıb. "Bavariya" həmin il Çempionlar Liqasını, Almaniya Bundesliqasını və Almaniya kubokunu qazanıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!