Ermənistan çaylarında suyun səviyyəsi kəskin şəkildə enir.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Ətraf Mühit Nazirliyinin Hidrometeoroloji Monitorinq Mərkəzinin direktoru Levon Azizyan bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin aprel-may aylarında bu il ən az orta su səviyyəsinin olacağına inanmağa əsas verən bütün hidrometeoroloji şərtlər mövcud idi. Ancaq may ayının sonlarına doğru ölkədə anormal istilər və yağışların azlığı müşahidə olunub. “Nəticədə iyun ayında bir çox çaylarda orta aylıq göstəricilər normadan 20%, bəzi yerlərdə isə hətta 50% -dən aşağı olub. Beləliklə, Azat çayında cəmi 20%, yəni tələb olunan nisbətdən 5 dəfə az su olub”, – deyə Azizyan izah edib. Marqarita pizza
Eyni zamanda, Razdan çayı hövzəsindəki suyun planlaşdırılmış normadan 2-2,5 dəfə az olduğu ortaya çıxıb. Su anbarları da tam doldurulmayıb. Mərkəzi direktoru qeyd edib ki, Ermənistanın beş böyük su anbarında monitorinq keçirilib. “Bu günə olan məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə 210 milyon kubmetr az su var. 2019-cu ilə bu göstərici 350 milyon kubmetr olub”.
Levon azizyan su ehtiyatlarının idarə edilməsi və nəzarətinin həyata keçirildiyi 5 bölgəsində, 2014-cü ildən bəri əslində, quraqlıq elan olunduğunu da qeyd edib.
Telegram kanalımız