Levon Ter-Petrosyan Bakı-İrəvan deklarasiyasını şərh etdi: “İranı incitməyək, dostumuzdur...”

saytların hazırlanması

Evə çatdırılma

Levon Ter-Petrosyan Bakı-İrəvan deklarasiyasını şərh etdi: “İranı incitməyək, dostumuzdur...”

Siyasət

12 Avqust 2025 20:53 1990


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ABŞ vasitəçiliyi ilə imzalanmış erməni-azərbaycan deklarasiyasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Ter-Petrosyan vurğulayıb ki, hökumət sənədi böyük həvəslə öz mühüm nailiyyətlərindən biri kimi təqdim edir, parlament müxalifəti isə sənətdə yalnız mənfi tərəflər görür və onun dağıdıcı nəticələri barədə xəbərdarlıq edir.

Keçmiş prezident özü isə hələlik şərh verməkdən çəkinir: Dördpendirli pizza

“Düşünürəm ki, sənədi yalnız faktiki qüvvəyə mindikdən sonra müzakirə etmək olar. Məni narahat edən odur ki, dost İran rəsmilərinin qiymətləndirmələrində fikir ayrılığı var, Rusiya isə demək olar ki, tamamilə səssizdir. İran diplomatiyası çox incədir və bəzən onu dərhal anlamaq olmur. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Ermənistanın müstəqilliyinin bərpasından bəri İran heç vaxt ölkəmizə qarşı iddia və narazılıq bildirməyib, həmişə ehtiyaclarımıza müsbət reaksiya verib. Son 30 ildən çoxdur ki, münasibətlərimizdə heç bir anlaşılmazlıq görməmişəm”./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!