Levon Ter-Petrosyan: “Ermənistanı yeni fəlakətlər gözləyir“

saytların hazırlanması

Evə çatdırılma

Levon Ter-Petrosyan: “Ermənistanı yeni fəlakətlər gözləyir“

Rəsmi

16 Yanvar 2022 11:55 6191


“Nikol Paşinyan rejimi nəyin bahasına olursa olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə onu ələ keçirməyə çalışır”. Bunu "iLur"a müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Keçmiş dövlət başçısı qeyd edib ki, Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə eyni üsullarlara hakimiyyəti ələ keçirməyə çalışır.

“Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi yeni fəlakətlərdir. Çıxış yolu tapmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür”, - deyə Ter-Petrosyan bildirib. Toyuqlu pizza

Onun sözlərinə görə, hazırda cəmiyyətin qalan hissəsinin vəziyyətə təsir rıçaqları yoxdur. “Siyasi elm və informasiya sahəsində fəal aktyorlar demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir”, - Ermənistanın eks-prezidenti yekunlaşdırıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!