Leyla Abdullayeva: “Azərbaycanda mina qurbanlarının sayı 261-ə çatıb“

saytların hazırlanması

Evə çatdırılma

Leyla Abdullayeva: “Azərbaycanda mina qurbanlarının sayı 261-ə çatıb“

Maraqlı

22 Oktyabr 2022 15:47 1003


"Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb". 

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva tviterdə yazıb.

Xatırladaq ki, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, amma ağır xəsarət alan Elsevər Həmidov dünyasını dəyişib. Toyuqlu pizza

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, hadisə zamanı yaralanan Səbuhi Həsənovun vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!