Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak etdi

Siyasət

15 Noyabr 2024 21:54 764


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib. Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.

Yenisabah.az xəbər verir ki, FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.

Filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur. Sezar pizza

Tədbirin yekununda “Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!