Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak etdilər

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak etdilər

Sosial

31 Avqust 2025 18:49 270


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

Yenisabah.az bildirir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir. pizza

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlı fəaliyyətlər həyata keçirir.

IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub getməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!